100-dək könüllü "Tokio-2020"dən imtina etdi

100-dək könüllü "Tokio-2020"dən imtina etdi 97 könüllü şəxs Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib
Fərdi
10 Fevral , 2021 10:39
100-dək könüllü Tokio-2020dən imtina etdi

97 könüllü şəxs Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna Təşkilat Komitəsinin rəhbəri Yosiro Morinin qadınlar haqqında işlətdiyi ifadələr səbəb olub.

Olimpiya məşəli estafetinin iştirakçılarından biri də tədbirə dəvəti rədd edib.

Yosiro Mori Komitənin iclasında bildirib ki, idman təşkilatlarında qadınların sayının artması toplantıların uzun çəkməsinə səbəb olur. Onun sözlərinə görə, hər bir qadın iclasda hansısa fikir bildirməyi vacib sayır. Funksionerin sözləri ölkə daxilində və xaricində tənqidlə qarşılanıb. Mori daha sonra işlətdiyi ifadələrə görə üzr istəyib.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi