"Sabah" "Zirə"ni məğlub edib
Futbol
- 09 aprel, 2022
- 14:54
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Sabah" "Zirə"ni qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. "Sabah"ın qollarını 40-cı dəqiqədə Zurab Oçiqava, 58-ci dəqiqədə Coy Lens-Mikels, 90+5-ci dəqiqədə isə Xulio Sezar Rodriges vurub. "Qartallar"ın yeganə qoluna 48-ci dəqiqədə Hamidu Keyta imza atıb.
Xallarının sayını 32-ə çatdıran "Sabah" 5-ci, 36 xala malik "Zirə" isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib. XXII tura aprelin 10-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
Son xəbərlər
16:49
İstintaq təcridxanasına ayaqqabıda narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə16:46
AYNA: Bakının Tbilisi prospektində "cib" tipli zolaqlar salınacaq
İnfrastruktur16:45
Azərbaycan millisinin baş məşqçisi: "Ruy Jorje böyük və məsuliyyətli iş üçün ölkəmizə gəlib"
Futbol16:41
Azərbaycan daha bir ölkədən elektromobil tədarük etməyə başlayıb
Biznes16:39
Paşinyan bir ay tamam olmamış Təhlükəsizlik Şurasının beşinci iclasını çağırıb
Region16:34
"Mingəçevir" Orxan Sadıqlı ilə yollarını ayırıb
Futbol16:28
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
Xarici siyasət16:26
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırılıb
İKT16:22