"Sabah" Qazaxıstan Kubokunun qalibi ilə qarşılaşacaq

Futbol
  • 27 dekabr, 2019
  • 07:09
Sabah Qazaxıstan Kubokunun qalibi ilə qarşılaşacaq

“Sabah” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqib bəlli olub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Qazaxıstan “Kaysar”ıdır. Görüş yanvarın 19-da keçiriləcək. 

“Kaysar” ötən mövsüm Qazaxıstan Kubokunun qalibi olub və Premyer Liqada 6-cı yeri tutub. 

Qeyd edək ki, Türkiyənin Antalya vilayətinin Belek bölgəsində məskunlaşacaq “Sabah” yanvarın 11-də Macarıstanın “Pakş”, yanvarın 15-də Rumıniyanın “Akademika Klinçeni” komandaları ilə üz-üzə gələcək. Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. Hələlik rəqib bilinmir. 

44 - Tezliklə