"Sabah" klubunun legioner futbolçu üçün ödədiyi məbləğ bəlli olub
Futbol
- 30 dekabr, 2019
- 05:48
“Sabah” klubunun yeni transferi Mario Marina üçün ödədiyi məbləğ müəyyənləşib.
“Report”un “Jutarnji List” portalına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi 1,5 illik müqavilə bağladığı 30 yaşlı dayaq yarımmüdafiəçi üçün Xorvatiyanın “Qoritsa” klubuna 100 min avro verib. O, “Sabah”ın yeni baş məşqçisi – xorvatiyalı Jelko Sopiçin istəyi ilə transfer olunub.
“Qoritsa” klubunun idman direktoru Mindauqas Nikoliçyus keçidin 2 gün içində reallaşdığını bildirib: “Marionun 30 yaşı var. Bu təklif onun xaricdə ciddi pul qazanması üçün sonuncu şans idi. Ona əngəl törətmək istəmədik. Ancaq biz də transferdən pul qazandıq”.
Qeyd edək ki, Mario Marina Bosniya və Herseqovinada doğulsa da, həm də Xorvatiya vətəndaşıdır.
Son xəbərlər
13:05
Foto
Cəbrayılın Horovlu kəndinə yola salınan köç karvanı çatıb - YENİLƏNİB
Daxili siyasət13:05
Sindi Tianko: "Azərbaycan Dəmir Yolları" "yaşıl enerji" istehsal edə bilər"
İnfrastruktur13:00
Bakıda TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirləri bəyannamə imzalayıb
Xarici siyasət12:58
Üç yaşlı şahmatçı FIDE-nin tarixinə düşüb
Fərdi12:56
Foto
Azərbaycan və Belarus hərbi mütəxəssisləri insansız hava sistemləri sahəsində fikir mübadiləsi aparıblar
Hərbi12:54
İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub
Xarici siyasət12:49
Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Ermənistanda səfərdədir
Region12:49
Karlo Marino: Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması beynəlxalq səpkidə də qiymətləndirilməlidir
Xarici siyasət12:34