"Sabah" klubu yeni formalarını təqdim edib

Futbol
  • 05 iyul, 2023
  • 18:02
Sabah klubu yeni formalarını təqdim edib

"Sabah" komandası yeni formalarını təqdim edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, geyim dəstləri qara və ağ rəngdədir.

Ev oyunları üçün nəzərdə tutulmuş qara formanın üzərindəki yazılar Masazır gölünün rənginə uyğun olaraq çəhrayıdır. Səfər oyun forması isə ağ rəngdədir.