"Sabah" klubu idman direktoru ilə yollarını ayırdı

Futbol
  • 27 fevral, 2020
  • 12:40
Sabah klubu idman direktoru ilə yollarını ayırdı

"Sabah" Futbol Klubu idman direktoru Emin Abbasovla yollarını ayırıb. 

"Report" paytaxt təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Abbasovun öz istəyi ilə bu addımı atdığı bildirilib.

Xatırladaq ki, Emin Abbasov 2018-ci ildən "Sabah"da çalışıb.