"Sabah"ın futbolçusu: "Qarabağ"ın qapıçısına belə reaksiya verməklə səhv etdim"

"Sabah"ın futbolçusu: "Qarabağ"ın qapıçısına belə reaksiya verməklə səhv etdim" "Həmin hadisədən öncəki epizodda top uğrunda adi mübarizə gedirdi. Rəqib qapıçıya zərər yetirmək fikrim yox idi. Biz yerdə qaldıqda, o, mənim zədəli dizimin üzərinə yıxıldı".
Futbol
18 Oktyabr , 2021 13:51
Sabahın futbolçusu: Qarabağın qapıçısına belə reaksiya verməklə səhv etdim

"Həmin hadisədən öncəki epizodda top uğrunda adi mübarizə gedirdi. Rəqib qapıçıya zərər yetirmək fikrim yox idi. Biz yerdə qaldıqda, o, mənim zədəli dizimin üzərinə yıxıldı".

Bu fikirləri "Reoprt"a açıqlamasında "Sabah" klubunun futbolçusu Xulio Sezar Rodrigez "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur oyununda qırmızı vərəqə alması barədə danışarkən deyib.

31 yaşlı hücumçu 27-ci dəqiqədə baş vermiş epizodda heç bir irad bildirmədən, özündən asılı olmayaraq, dizini tutaraq yerə yıxıldığını söyləyib: "Rəqib qapıçı Şahruddin Məhəmmədəliyev isə mənə çox sərt irad bildirdi. Həmin an bu cür reaksiya verməklə səhv etdim. Ancaq rəqib qapıçının həmin anda belə sərt reaksiya göstərməsi və məni təxribata çəkməsi düzgün deyildi".

Qeyd edək ki, Xulio Rodriges birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Son xəbərlər

Orphus sistemi