"Sabah"ın futbolçusu: "Denisdən və onun ailəsindən üzr istəyirəm"

"Sabah"ın futbolçusu: "Denisdən və onun ailəsindən üzr istəyirəm" Denis və onun ailəsindən üzr istəyirəm.
Futbol
4 Dekabr , 2024 17:04
Sabahın futbolçusu: Denisdən və onun ailəsindən üzr istəyirəm
Pavol Safranko

Denisdən və onun ailəsindən üzr istəyirəm.

Bunu "Report"a açıqlamasında "Sabah"ın futbolçusu Pavol Safranko Azərbaycan Kubokunun 1/8 finalında "Turan Tovuz"un futbolçusu Denis Marandiçi ilə mübarizə zamanı rəqibinin ayağını sındırması ilə bağlı danışarkən deyib.

O, hadisənin gözlənilmədən baş verdiyini söyləyib:

"Hadisə gözlənilmədən baş verdi. Topu ələ keçirdikdən sonra var qüvvəmlə zərbə endirmək üçün ayağımı irəli atdıqda Denis kənardan gəldi və topa müdaxilə etməyə çalışdı. Bu vaxt ayağım onun ayağına dəydi. Amma tam səmimi deyirəm, onun gəldiyini görmədim. Ardınca nə baş verdiyinin isə hamı şahidi oldu. Denisin uzun müddət yaşıl meydanlardan kənarda qalacağını bilirəm və buna görə özümü çox pis hiss edirəm. Onun tezliklə sağalmasını arzu edirəm. Əlbəttə, oyun bitdikdən sonra ona mesaj yazdım. Həmçinin xəstəxanada ziyarət edəcəyəm. Futbol bir oyundur, normal həyat isə tam başqadır".

Qeyd edək ki, Denis Marandiçi Azərbaycan Kubokunun 1/8 finalının "Sabah"la oyununda Pavol Safranko ilə mübarizə zamanı ağır zədə alaraq meydanı tərk edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında isə "Sabah" daha dəqiq olub - 3:1.

Son xəbərlər

Orphus sistemi