"Sabah"ın futbolçusu cəzalanıb, kluba isti suya görə xəbərdarlıq edilib

"Sabah"ın futbolçusu cəzalanıb, kluba isti suya görə xəbərdarlıq edilib AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bəzi qərarlar qəbul edilib.
Futbol
20 May , 2022 14:08
Sabahın futbolçusu cəzalanıb, kluba isti suya görə xəbərdarlıq edilib
Amin Seydiyev

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Amin Seydiyevi cəzalandırıb.

"Report"un məlumatına görə, buna 24 yaşlı müdafiəçinin evdə evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçında qırmızı vərəqə alması səbəb olub. futbolçuların intizamsızlığı səbəb olub.

Rəqibi aşkar qol imkanından məhrum etdiyinə meydandan qovulan Azərbaycan millisinin üzvü 1 oyunluq diskvalifikasiya olunub, komandasını isə 200 manat ziyana salıb.

Bundan başqa, "Sabah"ın 5, "Sumqayıt"ın isə 7 futbolçusu sarı vərəqə aldığı üçün klublar hərəyə 800 manat cərimə ödyəcək.

Həmçinin, qarşılaşmada hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahiblərinə xəbərdarlıq edilib.

Bu turun "Şamaxı" - "Qəbələ" matçında isə "qırmızı-qaralar"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi