"Sabah"ın baş məşqçisi Rusiyada məşhur simalara qarşı yubiley matçında meydana çıxacaq
Futbol
- 04 mart, 2025
- 17:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın baş məşqçisi Vasili Berezutski Rusiyanın CSKA klubu ilə qazandığı UEFA Kubokunun (hazırkı Avropa Liqası) yubileyi ilə bağlı təşkil olunacaq oyunda iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssis keçmiş komanda yoldaşları ilə birlikdə mayın 18-də "VEB Arena"dakı matçda forma geyinəcək.
CSKA-nın sabiq oyunçuları həmin avrokubok mövsümündə onlara qarşı çıxış etmiş ulduz futbolçularla mübarizə aparacaqlar. Rəqibin heyətində "Çelsi", "Portu", PSJ kimi kollektivlərdə forma geyinmiş oyunçular meydana çıxacaqlar.
Qeyd edək ki, CSKA 2004/2005 mövsümündə UEFA Kubokunu qazanıb.
Son xəbərlər
20:26
İsveç parlamenti Kristerssonun Baş nazir vəzifəsində qalması məsələsini səsverməyə çıxaracaq
Digər ölkələr
20:11
"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib
Futbol
20:08
Foto
Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub
Region
19:58
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ olub
Region
19:57
"Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar"
Futbol
19:42
Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Hadisə
19:42
EBRD gənc sahibkarları dəstəkləmək üçün Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir
Maliyyə
19:41
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"
Futbol
19:39
Ceyhun Bayramov: Maka Boçorişvilini qəbul etməkdən məmnunluq duydum
Xarici siyasət