"Sabah"ın baş məşqçisi: "Avrokuboklar uğrunda mübarizə apara bilərik"

"Sabah"ın baş məşqçisi: "Avrokuboklar uğrunda mübarizə apara bilərik" "Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də imkan vermədik. İkinci yarıda "Zirə" matça bir az nəzarət etsə də, oyundan razıyam.
Futbol
480
20 Sentyabr , 2020 20:07
Sabahın baş məşqçisi: Avrokuboklar uğrunda mübarizə apara bilərik
Visente Qomez

"Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də imkan vermədik. İkinci yarıda "Zirə" matça bir az nəzarət etsə də, oyundan razıyam.

Qələbə qazana bildik. İki fərli hissə izlədik, ilk yarıda yaxşı oynadıq, ikinci hissədə isə əziyyət çəkən tərəf biz idik".

"Report" xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın III turunda səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, heyətlərindən məmnundur: "Daha çox işləsək, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik".

İspaniyalı baş məşqçi Təmkin Xəlilzadənin ehtiyatdan oyuna daxil olması barədə bunları söyləyib: "Oyunçuların bir həftədəki hazırlıqlarına baxaraq qərar verirəm. Ondan daha hazırlıqlı olanları var idi. Mənim üçün ehtiyat futbolçular skamyasında olanlar da önəmlidir".

Son xəbərlər

Orphus sistemi