"Sabah" - "Beşiktaş" matçı apreldə də baş tutmaya bilər

"Sabah" - "Beşiktaş" matçı apreldə də baş tutmaya bilər Klub rəsmisi təqvimlərinin də bəlli olmadığını da sözlərinə əlavə edib
Futbol
16 Mart , 2023 10:54
Sabah - Beşiktaş matçı apreldə də baş tutmaya bilər
Erdal Cömert

"Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasındakı xeyriyyə məqsədli yoldaşlıq matçı apreldə də baş tutmaya bilər.

Bu barədə "Report"a açıqlamasında İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert bildirib.

O, Azərbaycanda oynamaq istədiklərini, lakin çempionat təqviminin buna mane olduğunu söyləyib: "Zəlzələ səbəbindən Superliqada üç qarşılaşmamız irəli həftələrə salınıb. Bu səbəbdən təqvimi doldura bilmirik. Bu matçlar da oynanılmalıdır. Hətta bəzi komandalar oyunlarını çərşənbə və bazar günləri keçirəcəklər. Əgər mümkün olsa, yoldaşlıq görüşü baş tutacaq. Amma gerçəkləşməsə, mövsümün sonunda olacaq. İdman direktorumuz Ceyhun Kazancı və baş məşqçimiz Şenol Güneş bu məsələlərlə məşğul olurlar".

Klub rəsmisi apreldəki təqvimlərinin bəlli olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, "Sabah"ın baş məşqçisi Murad Musayev görüşün aprelin sonlarında keçiriləcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi