Ruslan Qurbanov "Qarabağ"la matçdan öncə yıxılaraq xəsarət alıb

Futbol
  • 06 may, 2019
  • 16:27
Ruslan Qurbanov Qarabağla matçdan öncə yıxılaraq xəsarət alıb

Azərbaycan millisinin və "Səbail" komandasının futbolçusu Ruslan Qurbanov zədələnib. 

"Report"un məlumatına görə, bu barədə 28 yaşlı hücumçu "Facebook" sosial şəbəkəsində məlumat verib.

Qurbanov Premyer Liqanın XXVII turunda "Qarabağ"la matçın başlamasından 5 dəqiqə əvvəl soyunub-geyinmə otağında yıxıldığını bildirib. Müayinədən sonra forvardın qolunda çat aşkarlanıb.  

Oyunçu bu gün əlinin gipsə qoyulduğunu vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" matçı Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

44 filmi