Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər

Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər Futbol üzrə Rusiya milli komandası Qətərdə təşkil olunacaq 2022-ci il dünya çempionatına buraxılmaya bilər.
Futbol
26 Noyabr , 2019 01:27
Rusiyanın futbol yığması DÇ-2022-də iştirakdan məhrum edilə bilər

Futbol üzrə Rusiya milli komandası Qətərdə təşkil olunacaq 2022-ci il dünya çempionatına buraxılmaya bilər. 

"Report"un məlumatına görə, Ümumdünya Antidopinq Agentliyinin müvafiq komitəsi Rusiyanı beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırmağı tövsiyə edib. Habelə, turnirlərin təşkili üzrə tenderlərdə iştirak qadağasının qoyulması tövsiyə olunub.

Artıq Rusiyaya verilmiş turnirlər digər ölkələrə ötürülə bilər.

Belə cəza Moskva Antidopinq Laboratoriyasının göstəricilərində uyğunsuzluğun aşkarlanması ilə əlaqədardır. Elə bu səbəbdən Ümumdünya Antidopinq Agentliyi Rusiya Antidopinq Agentliyinə qarşı araşdırmalara başlayıb.

Dekabrın 9-da keçiriləcək İcraiyyə Komitəsinin iclasında uyğunsuzluq təsdiqini tapsa, cəza rəsmiləşə bilər.

Bu halda Rusiya idmançılarının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına neytral bayraq altında yollanmaları gündəmdədir. Amma Rusiya futbol yığması AVRO-2020-də iştirak edə biləcək. Çünki bu yarışı FIFA yox, UEFA keçirir.

Son xəbərlər

Orphus sistemi