Rusiyalı tanınmış futbolçu karyerasını bitirir

Rusiyalı tanınmış futbolçu karyerasını bitirir Rusiya millisinin sabiq futbolçusu Yuri Jirkov karyerasını bitirməyə hazırlaşır.
Futbol
3 İyul , 2022 11:48
Rusiyalı tanınmış futbolçu karyerasını bitirir

Rusiya millisinin sabiq futbolçusu Yuri Jirkov karyerasını bitirməyə hazırlaşır.

"Report"un məlumatına görə, bu barədə 39 yaşlı müdafiəçi "Match TV"yə açıqlama verib.

O bildirib ki, daha 1 il oynamaq istəyi olsa da, futbolla vidalaşmaq ehtimalı yüksəkdir: "Rusiya klublarından təkliflərim var. Amma "Ximki"dəki vəziyyətə düşmək istəmirəm. Bu baxımdan karyeramı bitirəcəyimi istisna etmirəm".

Qeyd edək ki, yığmada 104 oyun keçirmiş Yuri Jirkov MOİK, "Dinamo" (Moskva), "Zenit" klublarında, həmçinin İngiltərənin "Çelsi" komandasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi