Rusiya yığmasının sabiq futbolçusu Azərbaycan millisində oynamaq üçün AFFA-ya müraciət edib

Rusiya yığmasının sabiq futbolçusu Azərbaycan millisində oynamaq üçün AFFA-ya müraciət edib Sumqayıt klubunun yeni transferi Cəmaləddin Xocaniyazov Azərbaycan millisində oynamaq istəyir.
Futbol
3 Sentyabr , 2019 11:58
Rusiya yığmasının sabiq futbolçusu Azərbaycan millisində oynamaq üçün AFFA-ya müraciət edib

"Sumqayıt" klubunun yeni transferi Cəmaləddin Xocaniyazov Azərbaycan millisində oynamaq istəyir. 

"Report"un məlumatına görə, bu barədə klubun prezidenti Riad Rəfiyev açıqlama verib. Onun sözlərinə görə, Rusiyanın gənclər yığmasının keçmiş müdafiəçisi AFFA-ya müvafiq xahişlə müraciət edib. Rəfiyev məhz bu müraciət səbəbindən Xocaniyazovu "Sumqayıt"a götürdüklərini vurğulayıb. 

Qeyd edək ki, karyerası ərzində "Zenit", "Amkar", "Dinamo", "Baltika", "Ural" kimi komandaların formasını geyinmiş türkmən əsilli Cəmaləddin Xocaniyazov Norveçin "Orxus" komandasında legioner həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi