​Rusiya yığmasının futbolçusu Ramil Şeydayev Azərbaycanla bağlı suallar qarşısında susub

​Rusiya yığmasının futbolçusu Ramil Şeydayev Azərbaycanla bağlı suallar qarşısında susub O, AFFA ilə aparılan danışıqlar haqda sualı da cavabsız buraxıb
Futbol
17 Noyabr , 2015 19:33
​Rusiya yığmasının futbolçusu Ramil Şeydayev Azərbaycanla bağlı suallar qarşısında susub

Bakı. 17 noyabr. REPORT.AZ/“Birinci hissədə şanslarımız olsa da, onlardan yararlana bilmədik. Bu da nəticəsi”. Bunu "Report"a açıqlamasında Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Ramil Şeydayev deyib.

Gənc forvard Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları görüş haqda bunları söyləyib: “Bu gün məqsədimiz qələbə qazanmaq. Buna qədər vacib xallat itirmişdik. Ona görə də meydana qələbə üçün çıxmışdıq. Lakin istəyimizə çata bilmədik və uduzduq”.

“Öz vətəninin millisinə qarşı oynamaq necə hissdir?” sualı qarşısında uzun müddət düşünən Şeydayev həm bu, həm də AFFA ilə aparılan danışıqlar haqda sualı da cavabsız buraxıb. 

Son xəbərlər

Orphus sistemi