Bakı. 11 avqust. REPORT.AZ/ Futbol üzrə Rusiya yığmasına yeni baş məşqçi təyin edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, komandaya Stanislav Çerçesov rəhbərlik edəcək.
Rusiya Futbol İttifaqından yeni baş məşqçi ilə 2018-ci ilə qədər müqavilə imzalandığı bildirilib. Çerçesovun əmək haqqının 2.6 milyon avro olduğu açıqlanıb.
S.Çerçesov yeni komandası ilə ilk oyununu avqustun 31-də Türkiyə yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, 52 yaşlı S.Çerçesovun sonuncu iş yeri Polşanın "Legiya" klubu olub. 2007-ci ildə onun başçılığı ilə Moskvanın "Spartak" klubu Rusiya çempionatında ikinci yeri tutub.