Rusiya Premyer Liqasında çıxış edən futbol klubu fəaliyyətini dayandırıb

Futbol
  • 09 iyun, 2018
  • 12:43
Rusiya Premyer Liqasında çıxış edən futbol klubu fəaliyyətini dayandırıb

Bakı. 9 iyun. REPORT.AZ/ Ötən mövsüm futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən “Tosno” klubu fəaliyyətini dayandırıb.

“Report” xəbər verir ki, Tosno şəhərinin eyni adlı təmsilçisi maliyyə problemlərinə görə dağılıb.

Qeyd edək ki, 2013-cü ildə təsis edilən “Tosno” başa çatan mövsümdə 15-ci yeri tutaraq elitanı tərk etmişdi.