Rusiya millisinin qapıçısı başına məşəl düşməsi səbəbindən xəstəxanaya yerləşdirilib

Rusiya millisinin qapıçısı başına məşəl düşməsi səbəbindən xəstəxanaya yerləşdirilib Futbol üzrə Monteneqro-Rusiya matçı yarımçıq dayandırılıb
Futbol
243
28 Mart , 2015 01:50
Rusiya millisinin qapıçısı başına məşəl düşməsi səbəbindən xəstəxanaya yerləşdirilib

Bakı. 28 mart. REPORT.AZ/ Futbol üzrə Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Monteneqro-Rusiya matçı ilk dəqiqədə azarkeşlərdən birinin atdığı məşəlin qapıçı İqor Akinfeyevin başına düşməsi nəticəsində yarımçıq dayandırılıb.

"Report" xəbər verir ki, insident nəticəsində rusiyalı qapıçı xəstəxanaya yerləşdirilib.

Stadionun diktoru oyunun 10 dəqiqəlik dayandırıldığını elan edib.

Polis əməkdaşları sözügedən azarkeşi tutmağa müvəffəq olublar. Fanat qrupunun rəhbəri rəsmi şəxslər və yığmaların nümayəndələrindən üzr istəyib.

Matç sonradan bərpa olunub.

Son xəbərlər

Orphus sistemi