Rusiya Milli Futbol Liqasında (FNL) çıxış edən "Tom" klubunun 3 futbolçusu koronavirusa yoluxub.
"Report" xəbər verir ki, bu barədə klubun təmsil etdiyi Tom şəhərinin Operativ Qərargahı məlumat yayıb.
İnfeksiya aşkarlanan oyunçulardan biri xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Digər 2 futbolçunun durumu daha yaxşıdır və onlar ev şəraitində həkim nəzarəti altındadırlar.
Komandanın digər üzvlərinin analizlərinin nəticələri isə mənfi çıxıb.
Qeyd edək ki, "Tom" koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümü 9-cu pillədə başa vurub.