Rusiya klubunun futbolçusu millimizdə çıxış edə bilər

Rusiya klubunun futbolçusu millimizdə çıxış edə bilər Rusiyanın "Ximki" komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Kamran Əliyevlə Türkiyənin Antalya şəhərində görüş keçirilib.
Futbol
29 Yanvar , 2021 14:29
Rusiya klubunun futbolçusu millimizdə çıxış edə bilər
Kamran Əliyev

Rusiyanın "Ximki" komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Kamran Əliyevlə Türkiyənin Antalya şəhərində görüş keçirilib.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

E.Məmmədov bildirib ki, bu məqsədlə Cahangir Həsənzadə və İlqar Qurbanov qardaş ölkəyə ezam olunub.

AFFA rəsmisi hələ Əliyevdən təsdiq cavabı almadıqlarını təəssüflə əlavə edib: "Hazırda onun qərarını gözləyirik".

Son xəbərlər

Orphus sistemi