Rusiyanın "Zenit" klubunda çıxış edən Yaroslav Rakitski Ukrayna millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə 30 yaşlı müdafiəçi şəxsi "İnstagram" hesabından məlumat verib. 2019-cu il ərzində yığmadan dəvət gözlədiyini bildirən Rakitski futbolun siyasətə çevirildiyini də vurğulayıb: "Mənim üçün ölkənin milli komandasında çıxış etmək şərəfdir. Ukraynanın gücünü sübut etməsindən qürur duydum. Bu komandanı AVRO-2020-yə vəsiqə qazanması münasibətilə təbrik edirəm".
Qeyd edək ki, Yaroslav Rakitski "Zenit"ə 2019-cu ilin əvvəlində Ukrayna "Şaxtyor"undan keçib. Yığma karyerasına 2009-cu ildə başlayan oyunçu son olaraq 2018-ci il oktyabrın 16-da Çexiyanı 1:0 hesabı ilə məğlub etdikləri matçda meydanda olub.