Rusiya klublarının futbolçuları Azərbaycan millisinə dəvət alıblar

Futbol
  • 31 may, 2019
  • 08:37
Rusiya klublarının futbolçuları Azərbaycan millisinə dəvət alıblar

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin təlim-məşq toplanışı olacaq. 

"Report" xəbər verir ki, hazırlıq prosesi iyunun 2-dən 6-dək Bakıda, iyunun 7-dən 10-dək Belarusun paytaxtı Minskdə keçiriləcək. 

U-19 hazırlıq çərçivəsində belaruslu həmyaşıdları ilə yoldaşlıq görüşləri keçirəcək. İlk görüş iyunun 8-də (yerli vaxtla saat 18:00-da), növbəti matç isə iyunun 10-da (yerli vaxtla saat 11:00-da) baş tutacaq. 

Komandanın baş məşqçisi Samir Əliyev hazırlıq prosesinə 20 oyunçu dəvət edib. 

№SOYADADKLUB
1SamiqullinRüstamStrogino (Rusiya)
2ArazlıAyhanQarabağ
3QurbanlıNihadNeftci
4ƏbiyevİlkinNeftci
5MəmmədovMuradSabail
6İbragimovElnurMoskva klubunun akademiyası (Rusiya)
7QabaraevRuslanÇSKA (Moskov, Rusiya)
8ƏliyevZamiqQarabağ
9QuliyevNihadQarabağ
10MuradovXəyalQəbələ
11ƏsgərovVüsalNeftci
12VəlizadəTuranNeftci
13ZülfügarlıİsmayılNeftci
14QarəhmədovƏdilxanSəbail
15BayramovTuralQarabağ
16AbdullazadəRüfətSumqayıt
17AbdullazadəSəbuhiSumqayıt
18İnqılablıİdrisQəbələ
19MürsəlovAliQəbələ
20RzayevVeysəlQəbələ