Rusiya çempionatı təxirə salındı

Futbol
  • 17 mart, 2020
  • 09:58
Rusiya çempionatı təxirə salındı

Futbol üzrə Rusiya Premyer Liqası təxirə salınıb.

"Report"un məlumatına görə, Premyer Liqa klubları bu gün keçirilən iclasda koronavirusa səbəbindən mövsümü ən azı aprelin 10-dək dayandırmaq qərarına gəliblər.

Qeyd edək ki, Avropanın bir çox ölkəsində çempionatlar koronavirus pandemiyasına görə dayandırılıb. Rusiya Premyer Liqasında 22 turdan sonra "Zenit" klubu 50 xalla liderdir.