Rumıniya klubu "Neftçi"nin "Qalatasaray"ı udmasını istəyir

Rumıniya klubu "Neftçi"nin "Qalatasaray"ı udmasını istəyir Rumıniyanın "Styaua" klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində səpələnmişlər səbətində yer ala bilər.
Futbol
10 Sentyabr , 2020 19:56
Rumıniya klubu Neftçinin Qalatasarayı udmasını istəyir

Rumıniyanın "Styaua" klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində səpələnmişlər səbətində yer ala bilər.

"Report" "Sport.ro" saytına istinadən xəbər verir ki, bunun üçün II təsnifat mərhələsində mübarizə aparan iddialı komandalardan ən azı ikisi mübarizəni dayandırmalıdır.

Həmin klublar arasında "Neftçi"nin rəqibi olan Türkiyə "Qalatasaray"ı da var. Rumıniyalılar III raundda "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), PSV (Niderland), "Tottenhem" (İngiltərə) və "Beşiktaş" (Türkiyə) kimi güclü kollektivlərlə qarşılaşmamaq üçün Azərbaycan təmsilçisinin qələbəsini arzulayır.

"Styaua" II təsnifat mərhələsində Serbiya təmsilçisi "Baçka Topola" ilə üz-üzə gələcək.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi