Ruben Selles: "Konte ilə tanışlığım "Qarabağ"da işləyəndə olub"

Ruben Selles: "Konte ilə tanışlığım "Qarabağ"da işləyəndə olub" "Konte ilə tanışlığım "Qarabağ"da işləyəndə olub".
Futbol
17 Mart , 2023 20:18
Ruben Selles: Konte ilə tanışlığım Qarabağda işləyəndə olub

"Konte ilə tanışlığım "Qarabağ"da işləyəndə olub".

"Report"un məlumatına görə, bunu "Sauthempton"un baş məşqçisi Ruben Selles İngiltərə Premyer Liqasının XXVIII turunda "Tottenhem"ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, hazırda London təmsilçisinə rəhbərlik edən Antonio Konte ilə 1-2 dəfə görüşüb: "Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə oyundan sonra xeyli söhbət etdik. O, məşqçi kimi məndə xoş təəssüratlar oyatdı. Kontenin qarşısına rəqib kimi çıxmaq sevindiricidir. Onun komandasına qalib gəlmək üçün əlimdən gələni edəcəyəm".

"Sauthempton" - "Çelsi" oyunu martın 18-də keçiriləcək.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi