Rövnəq Abdullayev "Sumqayıt" klubunun bazasında olub

Rövnəq Abdullayev "Sumqayıt" klubunun bazasında olub AFFA-nın prezidenti müvafiq tövsiyə və tapşırıqlarını verib
Futbol
6 Sentyabr , 2018 17:02
Rövnəq Abdullayev Sumqayıt klubunun bazasında olub

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev SOCAR-ın Azərikimya İB-nin balansında olan "Sumqayıt" klubunun bazasında yeni meydançaların inşası işləri ilə tanış olub. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər 1 süni örtüklü meydanın mövcud olduğu ərazidə hazırda AFFA-nın dəstəyi ilə 2 təbii örtüklü, 1 süni örtüklü və 2 mini-futbol meydanı inşa edilməkdədir.

Görülən işlərlə yerində tanış olan R.Abdullayev müvafiq tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi