Ronaldunun villası qarət olundu
Futbol
- 08 oktyabr, 2020
- 12:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu xoşagəlməz hadisə ilə üzləşib.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun Madeyra şəhərindəki villası qarət olunub.
Hadisə Portuqaliya və İspaniya yığmaları arasında qolsuz yekunlaşan yoldaşlıq oyunu zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.
Qeyd edək ki, Kriştianu Ronaldunun Madeyradakı mülkünün dəyəri 7 milyon funt sterlinqdir.
Son xəbərlər
12:25
Azərbaycanda vergi güzəştlərinin əhatə dairəsi genişləndiriləcək
Biznes
12:21
Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
Maliyyə
12:20
"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb
Futbol
12:15
Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb
Mədəniyyət siyasəti
12:12
AMB sədri: "Gələn il büdcə kəsirinin borclanma ilə maliyyələşdirilməsi inflyasiyaya ciddi təsir etməyəcək"
Maliyyə
12:11
Azərbaycanda son 7 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb
Biznes
12:03
Foto
Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kino sənayesi geniş şəkildə nümayiş etdirilib
İncəsənət
12:00
"Şahdəniz" yatağından 9 ayda 20 milyard kubmetr qaz hasil edilib
Energetika
12:00
Gələn il İSF-nin büdcəsi 300 milyon manatdan çox olacaq
Maliyyə