Ronaldunun agenti hücumçunun xidmətlərini "Mançester Siti"yə təklif edib

Ronaldunun agenti hücumçunun xidmətlərini "Mançester Siti"yə təklif edib İtaliyanın "Yuventus" klubunun 36 yaşlı hücumçusu Kriştianu Ronaldunun agenti Jorje Mendeş ulduz futbolçunun xidmətlərini İngiltərənin "Mançester Siti" komandasına təklif edib.
Futbol
396
17 Avqust , 2021 08:30
Ronaldunun agenti hücumçunun xidmətlərini Mançester Sitiyə təklif edib
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubunun 36 yaşlı hücumçusu Kriştianu Ronaldunun agenti Jorje Mendeş ulduz futbolçunun xidmətlərini İngiltərənin "Mançester Siti" komandasına təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Football Italia” bildirib.

Qeyd edilir ki, "Yuventus" 30 milyon avroya görə oyunçudan ayrılmağa hazırdır. Buna futbolçunun klubla müqaviləsinin başa çatmasıdır. Futbolçunun mümkün satışı sayəsində Turin klubu portuqaliyanın nüfuzlu müqaviləsi səbəbindən bu mövsüm itki verməyəcək.

Xatırladaq ki, Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. Otuz altı yaşlı portuqal hücumçu ötən mövsüm 29 qol vuraraq, İtaliya çempionatının ən yaxşı bombardiri olub. Ronaldunin İtaliya klubu ilə müqaviləsi 2022-ci ilin 30 iyununa qədər qüvvədədir.

Daha əvvəl də bildirilib ki, "Yuventus" bu yay portuqal hücumçunun satışı imkanını nəzərdən keçirir.

Son xəbərlər

Orphus sistemi