Ronaldudan "Barselona"nın futbolçusuna dəstək  

Ronaldudan "Barselona"nın futbolçusuna dəstək   Futbol üzrə Portuqaliya milli komandasının və İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu "Barselona" komandasının futbolçusu, travmaya görə mövsümün qalan hissəsində iştirakı sual altında olan Ansu Fatiyə dəstək verib
Futbol
3 Aprel , 2021 04:14
Ronaldudan Barselonanın futbolçusuna dəstək  
Kriştianu Ronaldu və Ansu Fati

Futbol üzrə Portuqaliya milli komandasının və İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu "Barselona" komandasının futbolçusu, travmaya görə mövsümün qalan hissəsində iştirakı sual altında olan Ansu Fatiyə dəstək verib.

“Report” xəbər verir ki, “Yuventus”un hücumçusu bu barədə özünün sosial şəbəkədəki hesabında bildirib.

"Gəl, sən tezliklə qayıdacaqsan. İrəli", - deyə Ronaldu özünün instaqramdakı səhifəsində yazıb.

Fati ötən ilin noyabrında "Betis"lə matçda travma alıb, sonra əməliyyat edilib. Proqnozlara görə o, Çempionlar Liqasının 1/8 finalının "Pari Sen-Jermen"ə qarşı cavab matçında(1:1) sıraya qayıtmalı idi, ancaq bərpası ləngiyib. Bildirilir ki, futbolçu daha bir əməliyyat keçirə bilər.

Ansu Fati cari mövsümdə "Barselona"nın heyətində 10 matçda iştirak edərək 5 qol vurub. Bundan başqa, Fati artıq İspaniya yığmasının heyətində 4 matç keçirib və 1 dəfə seçilib.

Fatinin “Barselona” ilə müqaviləsi 2022-ci ilə qədər qüvvədədir.

Son xəbərlər

Orphus sistemi