Ronaldu "Yuventus"un futbolçularına klubdan ayrılmaq istədiyini söyləyib

Ronaldu "Yuventus"un futbolçularına klubdan ayrılmaq istədiyini söyləyib Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubundan ayrılmaq istəyir.
Futbol
27 Avqust , 2021 09:50
Ronaldu Yuventusun futbolçularına klubdan ayrılmaq istədiyini söyləyib
Kriştianu Ronaldu

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubundan ayrılmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano tvitterdə yazıb.

Onun sözlərinə görə, 36 yaşlı hücumçu komanda yoldaşlarına vidalaşmaq istədiyini bildirib. Təcrübəli oyunçu ilə İngiltərənin "Mançester Siti" klubu maraqlanır. Hazırda Turin təmsilçisi qarşı tərəfdən rəsmi təklif gözləyir.

Qeyd edək ki, Ronaldu ötən mövsüm "Yuventus"un heyətində 44 oyun keçirib, 36 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub.

Son xəbərlər

Orphus sistemi