Kriştianu Ronaldu terror nəticəsində valideynlərini itirmiş azyaşlı ilə görüşəcək

Kriştianu Ronaldu terror nəticəsində valideynlərini itirmiş azyaşlı ilə görüşəcək 3 yaşlı Haydar Mustafa ilə görüşün təşkili üçün İspaniyadan zəng gəlib
Futbol
19 Noyabr , 2015 09:44
Kriştianu Ronaldu terror nəticəsində valideynlərini itirmiş azyaşlı ilə görüşəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu Livandakı terror aktı nəticəsində valideynlərini itirən 3 yaşlı Haydar Mustafa ilə görüşəcək. "Report"un məlumatına görə, jurnalist Rəna Hərbi #CristianoMeetHaidar haştaqından istifadə etməklə, Haydar barədə danışıb.

"Real Madrid"in Livan birliyindən bildirilib ki, uşaqla görüşün təşkili üçün İspaniyadan zəng gəlib.

Qeyd edək ki, noyabrın 12-də Beyrutun çoxlu insan yaşayan şəhərətrafı yaşayış məntəqəsində kamikadzelər ikiqat terror aktı törədiblər. Terror nəticəsində 43 nəfər ölüb, 239 nəfərdən çoxu yaralanıb. 

Son xəbərlər

Orphus sistemi