Ronaldu: "Mən 71 santimetrə tullandığımı bilmirdim"

Ronaldu: "Mən 71 santimetrə tullandığımı bilmirdim" Yuventusun portuqal hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının 17-ci turunda Sampdoriya (2:1) ilə matçda 71 santimetr hündürlüyə tullanaraq vurduğu qələbə topunu şərh edib.
Futbol
19 Dekabr , 2019 08:31
Ronaldu: Mən 71 santimetrə tullandığımı bilmirdim

"Yuventus"un portuqal hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının 17-ci turunda "Sampdoriya" (2:1) ilə matçda 71 santimetr hündürlüyə tullanaraq vurduğu qələbə topunu şərh edib.

"Report" xəbər verir ki, o, nəticədən məmnun olduğunu qeyd edib. 

"Nəticədən razıyam, bu, mürəkkəb matç idi. "Sampdoriya" çox yaxşı oynayırdı. "Yuventus"un bütün oyunçuları işə düzgün münasibət göstərdilər", - deyə o bildirib.

O, səhhətindəki problemdən də danışıb: "Bütün ay dizimdə problemlər var idi. İndi hər şey keçmişdə qalıb, özümü fiziki cəhətdən yaxşı hiss edirəm. Mən yalnız "Yuventus"a "qalib gəlməyə və titullar qazanmağa kömək etmək istəyirəm".

Futbolçu qeyri-adi nəticəsindən xəbərsiz olduğunu deyib.

"Qol yaxşı alındı, şadam ki, komandaya üç xal qazanmağa kömək edə bildim. Mən 71 santimetrə tullandım? Bunu bilmirdim", - Ronaldu bildirib.

Ronaldu son matçda topa zərbə zamanı yerdən 256 santimetr hündürlükdə olub. Futbolçu İtaliyanın A seriyasının bu mövsümündə 14 matçda iştirak edib. O, bu mövsümdə 10 top vurub və 1 məhsuldar ötürmə edib. 

Son xəbərlər

Orphus sistemi