Ronaldu "Mançester Yunayted"ə qayıdışını dublla qeyd edib

Ronaldu "Mançester Yunayted"ə qayıdışını dublla qeyd edib Portuqaliyalı futbolçu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubuna qayıdışından sonra bu komandnaın heyətində ilk rəsmi oyununa çıxıb.
Futbol
11 Sentyabr , 2021 20:07
Ronaldu Mançester Yunaytedə qayıdışını dublla qeyd edib

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubuna qayıdışından sonra bu komandanın heyətində ilk rəsmi oyununa çıxıb.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu "qırmızı şeytanlar"ın evdə "Nyukasl"ı 4:1 hesabı ilə məğlub etdiyi matçın iştirakçısı olub.

Meydana start heyətində çıxan təcrübəli forvard Mançester təmsilçisinə dönüşünü dublla qeyd edib. O, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesabı açıb. 56-cı dəqiqədə qonaqların heyətində Xavyer Mankilyo tarazlığı bərpa etsə də, cəmi 6 dəqiqə sonra Ronaldu komandasını yenidən önə keçirib. Meydan sahiblərinin digər iki qolunu isə 80-ci dəqiqədə Brunu Fernandeş, 90+2-ci dəqiqədə isə Cessi Linqard vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 10-a çatdıran "Mançester Yunayted" liderliyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi