Ronaldu karyerasını Səudiyyə Ərəbistanında bitirmək istəyir
Futbol
- 27 avqust, 2024
- 07:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
"Report" "A Bola"ya istinadən xəbər verir ki, o, hazırkı klubunda özünü xoşbəxt hiss etdiyini, Səudiyyə Ərəbistanı çempionatından zövq aldığını və karyerasını məhz burada bitirmək istədiyini açıqlayıb.
Ancaq hücumçu bunu 2-3 ildən sonra etmək fikrində olduğunu deyib. Həmçinin o, karyerasını bitirdikdən sonra məşqçilik etmək niyyətində olmadığını da söyləyib.
Qeyd edək ki, 39 yaşlı futbolçunun "Əl-Nəsr"lə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. O, yeni mövsümdə meydana çıxdığı 3 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Son xəbərlər
23:31
Azərbaycan dünyada son 80 ildə müharibədə tam qələbə qazanan yeganə ölkədir - Rəy
Daxili siyasət
23:13
İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi
Region
23:07
Foto
Video
Qərbi Azərbaycanın yaddaş yerləri: Saral kəndində Azərbaycan irsinin izləri
Daxili siyasət
23:00
Foto
Ankarada Azərbaycanın Zəfər günü qeyd olunub
Xarici siyasət
22:52
İstanbulda altıncı "Korkut Ata" Türk Dünyası Film Festivalının açılışı olub
Mədəniyyət siyasəti
22:46
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
Region
22:42
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
Region
22:28
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
Hadisə
22:25
"Binance" hakerlərin 6 mlrd dollarlıq kriptovalyuta oğurluğu sxeminin detallarını açıqlayıb
Digər ölkələr