Ronaldu əfsanəvi futbolçunun rekorduna çatıb

Ronaldu əfsanəvi futbolçunun rekorduna çatıb İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu Braziliya millisinin əfsanəvi oyunçusu Romarionun rekorduna çatıb.
Futbol
16 Fevral , 2022 10:24
Ronaldu əfsanəvi futbolçunun rekorduna çatıb

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu Braziliya millisinin əfsanəvi oyunçusu Romarionun rekorduna çatıb.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu buna "Brayton"u 2:0 hesabı ilə məğlub etdikləri XVIII turdan təxirə salınmış oyunda nail olub.

Görüşdə ilk qolun müəllifi olan təcrübəli forvard klub karyerasında 689-cu dəfə fərqlənib.

Ronaldu Portuqaliya "Sportinq"ində 5, "Mançester Yunayted"də 133, İspaniya "Real Madrid"ində 450, İtaliya "Yuventus"unda isə 101 çempionat qoluna imza atıb.

Son xəbərlər

Orphus sistemi