Ronaldu cənubi azərbaycanlı futbolçuya təşəkkür etdi

Ronaldu cənubi azərbaycanlı futbolçuya təşəkkür etdi Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu cənubi azərbaycanlı keçmiş hücumçu Əli Daeiyə təşəkkür edib.
Futbol
24 İyun , 2021 15:30
Ronaldu cənubi azərbaycanlı futbolçuya təşəkkür etdi
Kriştianu Ronaldu

Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu cənubi azərbaycanlı keçmiş hücumçu Əli Daeiyə təşəkkür edib.

"Report"un məlumatına görə, 36 yaşlı forvard İran yığmasının sabiq futbolçusunun onun haqqında yazdıqlarına münasibət bildirib.

Ronaldu bu barədə instaqram hesabındakı paylaşımında yazıb: "Həqiqi çempionlar daim çempion kimi qalır. Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei".

Qeyd edək ki, Kriştianu Ronaldu F qrupunun sonuncu görüşündə Fransa ilə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada dubla imza atıb. Beləliklə, o, Əli Daeinin milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxıb. Cənubi azərbaycanlı keçmiş oyunçu bu münasibətlə Ronaldunu təbrik edib.

Son xəbərlər

Orphus sistemi