​Ronaldu 140 milyon avroya otel alıb

​Ronaldu 140 milyon avroya otel alıb Otel Monte-Karloda yerləşir
Futbol
1137
27 Yanvar , 2016 14:57
​Ronaldu 140 milyon avroya otel alıb

Bakı. 27 yavnar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu otel alıb.

"Report" "Marca"ya istinadən xəbər verir ki, Fransanın Monte-Karlo şəhərində yerləşən və "The Proto Group"dan alınan otelin qiyməti 140 milyon avrodur.

Ötən ilin avqustunda şirkət sahibi italiyalı biznesmen Alessandro Proto Ronalduya Nyu-York göydələnlərinin birində 16 milyon avroluq ev də satıb. Bir ay əvvəl isə portuqaliyalının vətənində, eləcə də Madrid və Nyu-Yorkda CR7 brendi ilə otellər şəbəkəsi açacağı ilə bağlı xəbərlər yayılıb. Futbolçu layihəyə 37 milyon avro investisiya qoyub.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən ilin mayında ən çox gəliri olan futbolçu adını qazanıb. Onun illik qazancı 73 milyon avrodur.

Son xəbərlər

Orphus sistemi