​Ronaldinyo "Fluminense" klubu ilə müqavilə imzalayıb - FOTO

Futbol
  • 12 iyul, 2015
  • 11:52
​Ronaldinyo Fluminense klubu ilə müqavilə imzalayıb - FOTO

Bakı. 12 İyul. REPORT.AZ/ Məşhur braziliyalı futbolçu Ronaldinyo karyerasını "Fluminense" klubunda davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytına istinadən "Tribuna" nəşri məlumat yayıb.

35 yaşlı hücumçu Rio-de-Janeyro klubu ilə 2016-cı ilin sonunadək müqavilə imzalayıb.

Bundan əvvəl futbolçunun Türkiyənin "Antalyaspor" klubuna keçəcəyi bildirilirdi.