"Roma"nın qapıçısı həftənin ən yaxşı oyunçusu seçildi

"Roma"nın qapıçısı həftənin ən yaxşı oyunçusu seçildi Qolkiper "Ayaks"a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada 8 qurtarış edib
Futbol
9 Aprel , 2021 17:22
Romanın qapıçısı həftənin ən yaxşı oyunçusu seçildi

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

"Report"un məlumatına görə, bu ada İtaliyanın "Roma" klubunun qapıçısı Pau Lopes layiq görülüb.

27 yaşlı qolkiper Niderlandda "Ayaks"a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada 8 qurtarış edib.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olub.

Son xəbərlər

Orphus sistemi