"Roma"nın daha bir futbolçusu zədə üzündən Bakıya gəlməyəcək

"Roma"nın daha bir futbolçusu zədə üzündən Bakıya gəlməyəcək Argentinalı yarımmüdafiəçi ayağının kəsilmiş hissəsinin fotosunu şəxsi "İnstagram"ında yerləşdirib
Futbol
25 Sentyabr , 2017 10:24
Romanın daha bir futbolçusu zədə üzündən Bakıya gəlməyəcək

Bakı. 25 sentyabr. REPORT.AZ/ İtaliyanın "Roma" klubu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II tur matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib. "Report"un məlumatına görə, yarımmüdafiəçi Dieqo Perotti "Udineze" ilə A Seriyasının VI tur qarşılaşmasında zədə alıb.

O, ayağının kəsilmiş hissəsinin fotosunu şəxsi "İnstagram"ında yerləşdirib. Bakıya səfər edə bilməyəcək 29 yaşlı argentinalı oyunçunun oktyabrın 1-də "Milan"la səfər matçında da iştirakı sual altına düşüb.

Daha əvvəl Patrik Şikin də zədə üzündən "Qarabağ"la və Çexiya millisinin heyətində oktyabrın 5-də Azərbaycan yığması ilə görüşləri buraxacağı açıqlanıb.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi