"Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir
Futbol
- 11 iyul, 2026
- 09:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir.
"Report"un xarici mediaya istinadən məlumatına görə, paytaxt təmsilçisi müqavilə ilə "Strasburq"a (Fransa) məxsus olan 21 yaşlı futbolçu üçün 30 milyon avro təklif edib.
Oyunçunun mövcud müqaviləsinin müddəti 2029-cu ilədək nəzərdə tutulub.
"Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 25 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Diequ Moreyra 2025/2026 mövsümündə bütün turnirlərdə 42 matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, DÇ-2026-da, Seneqala qarşı 1/16 final matçında (əlavə vaxtda 3:2) 57 dəqiqə çıxış edib.
Son xəbərlər
07:43
KXDR nüvə çəkindirmə qüvvələrini gücləndirməkdən imtina etməyəcəyini bəyan edib
Digər ölkələr
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr