Azərbaycan yığmasının futbolçusu Ukraynada işləmiş məşqçi ilə çalışacaq

Azərbaycan yığmasının futbolçusu Ukraynada işləmiş məşqçi ilə çalışacaq Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Portuqaliyanın "Tondela" klubunda baş məşqçi dəyişikiyi olub.
Futbol
17 Mart , 2022 12:37
Azərbaycan yığmasının futbolçusu Ukraynada işləmiş məşqçi ilə çalışacaq

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Portuqaliyanın "Tondela" klubunda baş məşqçi dəyişikiyi olub.

"Report" xəbər verir ki, klub ispaniyalı Pako Ayestaranla yollarını ayırdığını açıqlayıb.

Onu Ukraynanın "Şaxtyor" (Donetsk), Portuqaliyanın "Portu" və İtaliyanın "Roma" klubunda köməkçi məşqçi vəzifəsində çalışmış Nunu Kampuş əvəzləyib. 47 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, "Tondela" 26 oyundan sonra 21 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərə "Vulverhempton"una məxsus olan Renat Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.

Son xəbərlər

Orphus sistemi