Roberto Bordin "Keşlə"nin qapıçısını milliyə çağırdı

Roberto Bordin "Keşlə"nin qapıçısını milliyə çağırdı Futbol üzrə Moldova millisinin DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.
Futbol
9 Mart , 2021 21:56
Roberto Bordin Keşlənin qapıçısını milliyə çağırdı
Stanislav Namaşko

Futbol üzrə Moldova millisinin DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın yeni baş məşqçisi Roberto Bordin 38 futbolçuya dəvət göndərib.

Onların arasında "Keşlə" komandasının qapıçısı Stanislav Namaşkonun da adı var. İtaliya mütəxəssis Bakı klubunun digər moldovalı oyunçusu Yevgeni Koçuku isə millidən kənarda qoyub.

Qeyd edək ki, martın 20-da toplaşacaq Moldova yığması 5 gün sonra evdə Farer adaları ilə qarşılaşacaq. Martın 28-də Danimarkanın qonağı olacaq moldovalılar 3 gün sonra İsraili qəbul edəcək.

Roberto Bordin 2018 - 2020-ci illərdə "Neftçi"yə başçılıq edib.

Son xəbərlər

Orphus sistemi