Robert Prosineçkinin köməkçiləri “Qəbələ” və “İnter”in səfər oyunlarını izləyəcəklər

Robert Prosineçkinin köməkçiləri “Qəbələ” və “İnter”in səfər oyunlarını izləyəcəklər Mahmud Qurbanov Polşaya, Faiq Əzizov isə Lüksemburqa yollanacaq
Futbol
17 İyul , 2017 17:49
Robert Prosineçkinin köməkçiləri “Qəbələ” və “İnter”in səfər oyunlarını izləyəcəklər

Bakı. 17 iyul. REPORT.AZ/ “Qəbələ” və “İnter” komandalarının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab matçlarını Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin köməkçiləri də izləyəcəklər.

AFFA-dan “Report”a verilən məlumata görə, Mahmud Qurbanov iyulun 20-də Polşanın Belostok şəhərində baş tutacaq “Yagelloniya” – “Qəbələ” görüşündə iş başında olacaq.

Faiq Əzizov isə eyni tarixdə Lüksemburqda keçiriləcək “Fola Eş” – “İnter” qarşılaşmasına baxacaq.

Hazırda vətəni Xorvatiyada istirahətdə olan R.Prosineçki isə Azərbaycan klublarının iştirakı ilə reallaşacaq avrokubok matçlarından heç birini izləməyəcək.

Qeyd edək ki, “İnter”in oyunu Bakı vaxtı ilə saat 21:30-da, “Qəbələ”nin görüşü isə saat 23:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi