Robert Prosineçki “The Best” mükafatı üçün səsvermədə ən yaxşı futbolçu və baş məşqçini düzgün tapıb

Robert Prosineçki “The Best” mükafatı üçün səsvermədə ən yaxşı futbolçu və baş məşqçini düzgün tapıb Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki FIFA-nın “The Best” mükafatı üçün səsvermədə ən yaxşı futbolçu və baş məşqçini düzgün tapıb.
Futbol
25 Sentyabr , 2018 12:46
Robert Prosineçki “The Best” mükafatı üçün səsvermədə ən yaxşı futbolçu və baş məşqçini düzgün tapıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki FIFA-nın “The Best” mükafatı üçün səsvermədə ən yaxşı futbolçu və baş məşqçini düzgün tapıb.

“Report” xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən 49 yaşlı xorvatiyalı mütəxəssis ən yaxşı futbolçu seçimində ilk yeri həmyerlisi Luka Modriçə verib. Onun digər 2 seçimi isə belçikalı Eden Azar (“Çelsi” İngiltərə) və fransalı Antuan Qrizmann (“Atletiko”, İspaniya) olub.

Prosineçki ən yaxşı baş məşqçi seçimində də yanılmayıb. O, ilk sırada Didye Deşamı (Fransa) qeyd edib, Xorvatiya millisindəki həmkarı Zlatko Daliçi 2-ci, fransalı Zinəddin Zidanı isə 3-cü yerdə göstərib.

Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisinə 2014 - 2017-ci illərdə rəhbərlik edib.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi