​Robert Prosineçki: "Həyat yoldaşım qorxurdu"

​Robert Prosineçki: "Həyat yoldaşım qorxurdu" "Uşaqlar bir neçə günlük icazəlidirlər"
Futbol
15 Aprel , 2016 09:57
​Robert Prosineçki: Həyat yoldaşım qorxurdu

Bakı. 15 aprel. REPORT.AZ/ "Təəssüf edirəm ki, dünyanın istənilən nöqtəsində belə hadisələr baş verir, insan insanı öldürür". "Report"un məlumatına görə, bunu Xorvatiya mətbuatına açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Aprelin əvvəllərində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən söz açan 47 yaşlı mütəxəssis həyat yoldaşının bunlardan narahat olduğunu söyləyib: "Düzdür, hərbi olaylar paytaxta yaxın deyildi. Buna baxmayaraq, həyat yoldaşım bir az qorxurdu. Çünki bizim uşaqlar Bakıda məktəbə gedir. Ancaq indi uşaqlar bir neçə günlük icazəlidirlər".

R.Prosineçki Azərbaycan yığmasının 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmasının asan olmadığını da bildirib: "Artıq addım atılıb. Hələ Xorvatiyaya qarşı oyunda demişdim ki, yaxşı oynamaq olar və biz bunu göstərdik. Rusiyaya yollanmaq asan deyil. Qrupda oynayacağımız komandalar üzərində asan qələbə qazanmaq mümkün olmayacaq. Seçmə mərhələdə Çexiya, Norveç, Şimali İrlandiya, Almaniya və San Marinonun olduğu çətin qrupa düşmüşük".

Son xəbərlər

Orphus sistemi