Rıza Çalımbay: "Komandam "Qarabağ"a qarşı mükəmməl mübarizə apardı"

Rıza Çalımbay: "Komandam "Qarabağ"a qarşı mükəmməl mübarizə apardı" "Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bu qədər zədə və itkilərə rəğmən, komandam mükəmməl mübarizə apardı".
Futbol
27 Noyabr , 2020 00:32
Rıza Çalımbay: Komandam Qarabağa qarşı mükəmməl mübarizə apardı
Rıza Çalımbay

"Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bu qədər zədə və itkilərə rəğmən, komandam mükəmməl mübarizə apardı".

"Report"un məlumatına görə, bunu Türkiyə "Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I qrupunun IV tur matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis son iki turda İspaniya "Vilyarreal"ı və İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəkləri oyunların böyük əhəmiyyətə mindiyini vurğulayıb.

Çalımbay sıx qrafiklə çıxış etdiklərini diqqətə çatdırıb: "Superliqada 21 komandanın mübarizə aparması çox ağırdır. Başqa vaxt 25-30 klub çıxış etsə belə, çempionatı avqustda bitirmək olardı. Amma indi Avropa çempionatı ilə əlaqədar liqalar mayın 15-dək başa çatdırılmalıdır. Yəni, qrafikimiz getdikcə sıxlaşmaqdadır. Qrupdan çıxsaq, daha sıx qrafiklə üzləşəcəyik".

Son xəbərlər

Orphus sistemi