Reynaldo "Qarabağ"ın düşərgəsində məşqlərə başlayıb

Reynaldo "Qarabağ"ın düşərgəsində məşqlərə başlayıb Hələlik 27 yaşlı hücumçu fərdi çalışmalara üstünlük verir
Futbol
18 Yanvar , 2016 17:22
Reynaldo Qarabağın düşərgəsində məşqlərə başlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Reynaldo Türkiyədə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulub. "Sportnet.az" xəbər verir ki, braziliyalı hücumçu fərdi məşqlərdə iştirak edib.

Hazırda o, fiziki çalışmalara üstünlük verir. 27 yaşlı forvardın kollektiv məşqlərə nə vaxt qatılacağı məlum deyil.

Qeyd edək ki, Reynaldo 3 ay öncə dizindəki zədəsini təzələyib. Bundan sonra o, Braziliyada müalicə və bərpa kursu keçib. 

Son xəbərlər

Orphus sistemi